Əsas məzmuna keç

Astarada mikroavtobus aşdı: xəsarət alanlar var

Bu gün Astara rayonu Deqədi kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 12 nəfər (6 kişi, 6 qadın) bu gün saat 09:40 radələrində Astara Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə tezadlar.az-a  TƏBİB-dən bildirilib. Qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunub. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar. 4 nəfər isə (3 kişi, 1 qadın) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin travmaları və sınıqları diaqnozları təyin olunub. 2 nəfərin müalicəsi tibb müəssisəsində davam etdirilir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir. 2 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

Hadisənin sürücü səhlənkarlığından və diqqətsizliyindən baş verdiyi deyilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…