9 Noyabr 2025 / 10:45

Astronomlar Yerə yaxınlaşan sirli kosmik obyektdən ilk siqnalı aşkar ediblər

Bir qrup alim Günəş Sistemindən kənarda yaranan və Yerə yaxınlaşan sirli kosmik obyekt 3I/ATLAS-dan ilk siqnalı aşkar edib.

Tezadlar.az bildirir ki, bu barədə Astronomun Telegram saytında məlumat verilib.

“Biz 3I/ATLAS-ı müşahidə etdik… L-diapazonlu qəbuledicilərdən istifadə edərək… həm 1665 MHz, həm də 1667 MHz xətlərində OH udulması aşkar edilib”, – deyə 4 noyabrda dərc olunmuş məlumatda bildirilir.

Sirli kosmik obyektdən gələn siqnal Cənubi Afrikada yerləşən MeerKAT radio teleskopu tərəfindən aşkar edilib.

8 noyabrda “Daily Star” qəzeti Günəş Sistemindən uçan 3I/ATLAS-ın Günəşə yaxınlaşarkən qeyri-adi aktivlik nümayiş etdirdiyini bildirib.

Günəşə yaxınlaşdıqca, obyektin ətrafında parlaq halo olan ən azı yeddi anomal reaktiv yayıb. Harvard astrofizik Avi Loeb reaktivlərin yalnız kometin nüvəsindəki təbii proseslərin nəticəsi olmaya biləcəyini irəli sürüb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!