ATACMS raketlərinin Ukraynaya köçürülməsinin niyə gecikdirildiyi məlum oldu

Oxunma sayı: 343

ABŞ-ın əvvəlki prezidenti Co Baydenin administrasiyası dünya müharibəsi qorxusuna görə deyil, onların çatışmazlığına görə uzun müddət Ukraynanı uzaqmənzilli ATACMS raketləri ilə təmin etmirdi.

Tezadlar.az xəbər verir ki, bunu ABŞ prezidenti Baydenin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Ceyk Sallivan Harvardda keçirilən forumda deyib.

O, üçüncü dünya müharibəsi qorxusunu heç vaxt müvafiq raketlərin Ukraynaya ötürülməsi ilə əlaqələndirmədiyini qeyd edib.

“Biz əvvəlcə onları təmin etmədik, çünki Müdafiə Naziri və ABŞ ordusu prezidentə ABŞ arsenalında bizim əsas çəkindirmə ehtiyaclarımızı ödəmək üçün kifayət qədər bu raketlərə malik olmadığını bildiriblər. Onlar əsasən dedilər: “Biz onları başqa ölkəyə təhvil verməyi tövsiyə etmirik”, – deyə Sullivan bildirib.

Siyasətçi aydınlaşdırıb ki, tədarüklər yalnız ABŞ sənayesi Ukrayna Silahlı Qüvvələrinə çatdırılmaq üçün kifayət qədər sayda raket istehsal etdikdən sonra başlayıb.

Bundan əvvəl “Associated Press” yazıb ki, Ukrayna Silahlı Qüvvələrində artıq Amerikanın uzaqmənzilli ATACMS taktiki raketləri yoxdur. Agentliyin mənbələrinə görə, artıq Ukraynada bir dənə də olsun ATACMS raketi yoxdur. Vaşinqton bu raketlərin 40-dan azını Kiyevə çatdırıb və onların ehtiyatları yanvarın sonunda tükənib.

ELBAR

 

Xəbəri paylaş