Əsas məzmuna keç

Atalarımız yaxşı deyib ki, adın çıxınca,canın çıxsın…

Ramil Şeydayevin hərəkəti müzakirə yaradıb.

Tezadlar.az xəbər verir ki, Milli komandamızın üzvü “Araz-Naxçıvan”la görüşdən sonra müsahibə verən Elvin Cəfərquliyevin yanından keçərkən əlini komanda yoldaşının başına toxundurub.

İndi bu epizod sosial şəbəkələrdə gündəmə çevrilib.

Şeydayevi asıb-kəsən nə qədər desən.

Hər kəsin fikrinə hörmətlə yanaşıram.

Bəlkə də kənardan mənzərə yaxşı görünmür.

Amma belə hallar ilk dəfə deyil axı yaşanır.

Özüm dəfələrlə müsahibələrimdə oxşar halları görmüşəm.

Sadəcə bu dəfə canlı efirə düşməsi diqqətləri hadisəyə çevirib.

Sanki bir növ idmançılar arasında ənənə halına çevrilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…