Əsas məzmuna keç

Atatürk Mərkəzində aşıq Tellinin qardaşı ölüb-SƏBƏB

Bakıdakı Atatürk Mərkəzində ötən gün ölüm hadisəsi baş verib. Tezadlar.az xəbər verir ki, hadisə dünən saat 16 radələrində baş verib. Belə ki, Tərlan Əliyarbəyov küçəsində yerləşən mərkəzdə paytaxt sakini 1966-cı il təvəllüdlü Ataxan Sədi oğlu Qurbanov qəfil vəfat edib. 60 yaşlı şəxsin ürək çatışmazlığından öldüyü bildirilib. Qeyd edək ki, vəfat edən şəxs aşıq Telli Borçalı adı ilə tanınan (Telzadə Sədi qızı Qurbanova) sənətçinin qardaşıdır.

Allah rəhmət eləsin!

Elçin

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…