21 Aprel 2025 / 12:05

Atəşkəs başa çatdıqdan sonra Rusiya Ukraynanın hərbi aerodromunu vurub

Rusiya Silahlı Qüvvələrinin operativ-taktiki aviasiya, pilotsuz uçuş aparatları, raket qoşunları və artilleriyası Ukrayna Silahlı Qüvvələrinin hərbi aerodromunun infrastrukturuna ziyan vurub.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Sursat anbarlarına və dronlara da ziyan dəyib.

Zərbələr Rusiya prezidenti Vladimir Putinin elan etdiyi Pasxa atəşkəsi başa çatdıqdan sonra həyata keçirilib. Pasxa atəşkəsi aprelin 19-u saat 18:00-dan aprelin 21-i saat 00:00-dək qüvvədə olub.

Rusiya hərbi qulluqçuları mövcud rejimə ciddi əməl edirdilər. Ukrayna tərəfi isə öz növbəsində onu 4900 dəfə pozub.

Xüsusi hərbi əməliyyat davam edir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!