Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 Dekabr 2025 / 15:37

Atəşkəs üçün Ukrayna qoşunlarıDonbasdan çıxmalıdır?-KREMLDƏN TƏZƏ XƏBƏR

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremlin hərbi əməliyyatlara son qoymaq üçün bir şərti var: Ukrayna silahlı qüvvələri Donbasdan tamamilə çıxarılmalıdır! Tezadlar.az İnterfaks-a istinadla bildirir ki, Kremlin köməkçisi Yuri Uşakovun bir gün əvvəl dediyi kimi, Ukraynanın Donbasla bağlı “məsuliyyətli” qərarı silahlı qüvvələrin Donbasdan tamamilə çıxarılmasıdır. Sitat: “Əlbəttə. Bu, rejimin silahlı qüvvələrinin Donbasdan inzibati sərhədlərdən kənara çıxarılmasıdır”.

Peskovdan, həmçinin bunun yalnız Donbasa, yoxsa Xerson və Zaporojye bölgələrinə də aid olub-olmadığı soruşulub. “Mən artıq burada bildirmişəm ki, biz ayrı-ayrı müddəaları tam şərh etməyəcəyik və ya ictimai müzakirəyə qatılmayacağıq… Rusiya məqsədlərinə çatmaq kontekstində hərbi münaqişəyə son qoymağı düşünür”, – deyə Kremlin sözçüsü vurğulayıb.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə 28 dekabrda Floridada keçirilən görüşdən sonra keçirdiyi mətbuat konfransında Rusiya prezidenti Vladimir Putinin “sülh planı” çərçivəsində Ukraynada mümkün referendum müddətində atəşkəsə razılıq vermədiyini bildirmişdi.

Bax belə.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!