Bu gün Gürcüstanla bağlı tarixi sənəd qəbul edildi. Tezadlar.az CNN- ə istinadla bildirir ki, 37 ölkə “Gürcüstanda insan haqlarının vəziyyətinin pisləşməsi” ilə bağlı “dərin narahatlıq”la ATƏT-ə müraciət edib. Bu barədə Almaniyanın ATƏT-dəki səfiri Suzanne Schütz açıqlama verib. Bəyanatda bildirilib ki, Gürcüstan demokratiya və insan haqları sahəsində öhdəliklərindən uzaqlaşmaqda davam edir. Sənəddə Gürcüstanda qəbul edilmiş “Xarici agentlər” haqqında qanun tənqid olunub, dinc nümayişçilərin və jurnalistlərin saxlanılmasından narahatlıq ifadə edilib. ATƏT ölkələri Gürcüstanda bütün siyasi partiyaların, vətəndaş cəmiyyəti və beynəlxalq institutların iştirakı ilə inklüziv dialoqun zəruriliyini vurğulayıblar. Bəyanata Albaniya, Avstriya, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Kanada, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlyandiya, Fransa, Yunanıstan, İslandiya, İrlandiya, İtaliya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Çernoqoriya, Niderland, Şimali Makedoniya, Norveç, Polşa, Portuqaliya, Moldova, Rumıniya, Sloveniya, İspaniya, İsçev, İsveçrə, Böyük Britaniya, Ukrayna və Almaniya qoşulub.
Tarixi ədalət bərpa ediləcəkmi?!