14 Avqust 2025 / 11:10

ATƏT-in Minsk Qrupu “dəfn” ediləcək- FATİHƏNİ QRUPUN 30 İLDİR YEYİB-YATAN ÜZVLƏRİ VERƏCƏK

Finlandiya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri kimi, Azərbaycan və Ermənistanın Minsk prosesi və əlaqəli strukturların bağlanması ilə bağlı birgə müraciətinə cavab olaraq iştirakçı dövlətlərlə müzakirələrə rəhbərlik edəcək. Tezadlar.az xatırladır ki, artıq həmsədr ölkələrə-ABŞ, Fransa və Rusiyaya məlumat verilib.

Beləliklə, Qarabağda 30 il yeyib-yatan qrupun üzvlərinə şatdırılıb ki, “dəfn” mərasimində iştirak edib son fatihəni versinlər!

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!