Əsas məzmuna keç

ATIŞMA OLUB, XƏSARƏT ALANLAR VAR

Rusiyanın paytaxtı Moskvanın şimal-şərqində yerləşən kafelərdən birində atışma olub.

Bu barədə “Moskovskiy komsomoleç” bildirib.

Nəşrin məlumatına görə, hadisə Prişvina küçəsindəki “Kult” kafesində baş verib. Münaqişə iştirakçılarından biri, 42 yaşlı yerli sakin tapançadan atəş açaraq, 32 yaşlı kişini yaralayıb.

Zərərçəkən xəstəxanaya çatdırılıb. Hadisəni törədən şəxs saxlanılıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…