Efiri şəxsi evi və ya şəxsi mülkü sayanlara tamaşaçıları saymağın fəlsəfəsi başa salınmaqdadır. Nəhayət, Azad Azərbaycan (ATV) kanalının rəhbərliyi də bu gün iclas keçirib və efir idarəçiliyində edilməli dəyişikliklərlə bağlı daxili qərarlar qəbul edib. Tezadlar.az xəbər verir ki, yaxın günlərdə bəzi proqramların yayımının dayandırılması gözlənilir. Məsələ ilə bağlı kanaldan bildirilib ki, bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
İlkin məlumata görə, Zaur Baxşəliyevin ev proqramı da daxil, daha bir neçə bu tip mənasız müəllif verilişləri “qara siyahı”dadır…
SƏBUHİ







