23 Fevral 2026 / 07:21

“Audi” Kürdəmirdə 4 nəfəri vurdu- AVTOQƏZA

Ötən gecə Kürdəmirdə ağır yol qəzası baş verib. Tezadlar.az DİN- ə istinadla xatırladır ki, hadisə rayonun Aran 1 qəsəbəsində qeydə alınıb.  Belə ki, “Audi” markalı avtomobilin sürücüsü həmin ərazidə hərəkətdə olarkən binanın qarşısında dayanan ikisi azyaşlı olmaqla 4 nəfəri vurub. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar. İlkin məlumata görə, hadisə sürücü diqqətsizliyindən baş verib. Yol polisi sürücünün alkoqollu testdən keçirilməsini təmin edib. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır. Xoşbəxtlikdən azyaşlıların həyatına ciddi təhlükə yoxdur.

Elşad

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!