Avropa ABŞ-la ittifaqın sona çatmasından qorxur

Oxunma sayı: 113

ABŞ prezidenti Donald Trampın siyasətləri fonunda Avropa İttifaqı (Aİ) transatlantik alyansın sona çatmasından ehtiyat edir.

Tezadlar.az bildirir ki, bu barədə “Politico” mənbələrə istinadən xəbər verir.

“Bizim indi Avropanı məhv etmək istəyən Rusiya prezidenti ilə Avropanı da məhv etmək istəyən Amerika prezidenti arasında ittifaqımız var”, – deyə adı açıqlanmayan avropalı diplomat bildirib.

Mənbənin sözlərinə görə, indi “transatlantik alyans sona çatıb”. Eyni zamanda, yüksək rütbəli Polşa rəsmisi anonim danışaraq, Amerika liderinin ABŞ-ı NATO-dan çıxarmaq niyyətində olmadığını, sadəcə olaraq Avropanı Şimali Atlantika Alyansını gücləndirmək üçün “təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımağa” sövq etmək istədiyini söyləyib.

Bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ əslində Avropaya qarşı deyil, Aİ bürokratiyasının bütün üzv ölkələrin Brüssel xətti ilə getməsi tələblərinə qarşıdır.

ELBAR

Xəbəri paylaş

30 Aprel