Əsas məzmuna keç

AVROPA DİPLOMATİYASININ RƏHBƏRİ QURANIN YANDIRILMASINI PİSLƏDİ

Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Josep Borrell Quranın yandırılması ilə edilən hərəkətləri pisləyib.

Tezadlar.az xəbər verir ki, onun müraciəti Aİ diplomatik departamentinin saytında dərc olunub.

Onun sözlərinə görə, bu cür hərəkətlər Avropada bir çox müsəlmanı incitdi.

Borrell qeyd edib ki, Quranın və ya müqəddəs sayılan hər hansı digər kitabın təhqir olunması təhqiramiz, hörmətsizlik və açıq-aşkar təxribatdır.

“Ayrı-ayrı təxribatçılar tərəfindən həyata keçirilən bu hərəkətlər yalnız bizi və cəmiyyətlərimizi parçalamaq istəyənlərin xeyrinədir”, – bəyanatda deyilir.

Avropa diplomatiyasının rəhbəri həmçinin qeyd edib ki, Aİ-də irqçilik, ksenofobiya və bununla bağlı dözümsüzlük ifadələrinə yer yoxdur.

Xatırladaq ki, əvvəllər bir sıra ölkələrdə Quranın yandırılması aksiyaları keçirilib. Sonuncu hadisə Kopenhagendəki İraq səfirliyi qarşısında baş verib və burada özlərini “Danimarka vətənpərvərləri” adlandıran bir qrup etirazçı müsəlmanların müqəddəs kitabını yandırıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…