Əsas məzmuna keç

Avropa İttifaqı İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırdı

Avropa İttifaqı Aİ ölkələrini İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

“Təzadlar” xəbər verir ki, İttifaq ölkələri İsraildən gələn mallara tariflər tətbiq etməyə və İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçə qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağırıb.

Hazırda İsrail və Avropa İttifaqı arasında azad ticarət sazişi var. Brüssel bu sazişin bəzi müddəalarının ləğv edilməsini və vətəndaş cəmiyyətini dəstəkləyənlər istisna olmaqla, İsrailə bütün Avropa yardım proqramlarının dayandırılmasını təklif edib.

Eyni zamanda, HƏMAS-a qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı təkliflər də təqdim olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…