Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün Avropa İttifaqının (Aİ) Ukrayna üçün təsdiq etdiyi 90 milyard avro məbləğində kredit Rusiya tərəfindən Ukraynaya ödənilməli olan təzminatlar hesabına qaytarılacaq. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb. Məlumata görə, kredit üzrə Ukraynaya ödənişlər bu ilin ikinci rübündən etibarən başlayacaq. Sitat: “Kredit 2026 və 2027-ci illər üçün ölkənin ən təcili büdcə ehtiyaclarını və müdafiə-sənaye potensialına olan tələbatını qarşılamağa kömək edəcək”.