14 Oktyabr 2025 / 14:59

Avropa Məhkəməsi Gürcüstanın Putin Rusiyasına qarşı şikayətini təmin etdi-253 milyon AVRO!

Nəhayət, Avropa İnsan Haqları Məhkəməsi “Gürcüstan Rusiyaya qarşı” dövlətlərarası iş üzrə qərar qəbul edib. Tezadlar.az xəbər verir ki, qərara görə, Rusiya 2008-ci il münaqişəsindən sonra sərhəd nəzarətinin sərtləşdirilməsi nəticəsində insan haqlarının pozulmasına görə Gürcüstanın 29 mindən çox vətəndaşına 253 018 000 avro məbləğində təzminat ödəməyə məcbur edilib. Məhkəmə Gürcüstan hökumətinə Rusiyanın ödəyəcəyi vəsaitlərin zərərçəkmişlərə paylanılması məqsədilə effektiv mexanizmin yaradılmasını tapşırıb. Zərərçəkmişlərin vəsaitləri almaları üçün müddət 18 ay müyyən edilib. Gürcüstanın Ədliyyə Nazirliyindən bildirilib ki, Rusiya artıq Avropa Şurasının üzvü olmasa da, ölkə məhkəmənin qərarlarını icra etməyə borcludur. Həmin qərarların yerinə yetirilməsi üzrə işlər Avrop Şurasının Nazirlər Komitəsinin çərçivəsində Gürcüstanın fəal iştirakı ilə aparılır. Hansı ki, 2024-cü ildə sözügedən iş üzrə Strasburq məhkəməsi Gürcüstanda işğal xətti boyu Rusiya tərəfindən gürcü sakinlərə qarşı Avropa İnsan Hüquqları Konvensiyasının çoxsaylı pozuntularını aşkarlayıb.

Bu vəsait Rusiyanın dondurulmuş valyuta hesablarından silinəcək və Gürcüstana ödəniləcək! Bu qərar Putin Administrasiyasında qəzəblə qarşılanıb. Amma nə fayda…

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!