Alman politoloqu Tomas Yaqer “Focus”a müsahibəsində avropalıların Ukrayna ilə bağlı sülh sazişinin kənarında qalacağına əminliyini ifadə edib. Eyni zamanda o, bunun tamamilə Avropanın günahı olduğunu vurğulayıb.
“Rusiya və ABŞ arasında Ukraynanın gələcəyi ilə bağlı ilk danışıqlar zamanı Avropa uşaq masasına oturdu. Mümkün sülh danışıqlarında rol oynamaq üçün avropalılar nəsə təklif etməlidir”, – politoloq qeyd edib.
Bu arada o, əlavə edib ki, hökumət başçılarının bu yaxınlarda Parisdə keçirilən görüşü Avropanın “qorxulu dərəcədə zəif” olduğunu bir daha nümayiş etdirdi və onun fikrincə, bu, çətin ki, dəyişsin.
“Bloomberg” daha əvvəl yazmışdı ki, Avropa siyasi müstəqillikdən tamamilə məhrum olduğunu nümayiş etdirib.
ABŞ prezidenti Donald Tramp həmçinin bildirib ki, Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron onunla görüşməyi xahiş ediblər və “çox yaxında” ABŞ-a gələcəklər.
ELBAR