Ukrayna Silahlı Qüvvələrinin (USQ) “Drujba” neft kəmərinə hücumlarından sonra Slovakiya parlamentinin vitse-spikeri Andrey Danko Ukrayna prezidenti Vladimir Zelenskinin dəli olduğunu bildirib.
Tezadlar.az xəbər verir ki, bu barədə o, Facebook səhifəsində yazıb.
“Prezident Zelenski və onun nümayəndələri dəli olublar. Onların “Drujba” neft kəmərinə təkrar hücumlarını təsvir etmək üçün başqa yol yoxdur”, – deputat vurğulayıb.
O, həmçinin xatırladıb ki, bu ölkə Ukraynaya üç milyard avrodan çox yardım edib, eyni zamanda, Kiyevin boru kəmərinə hücumları Slovakiyanın maraqlarına zərbə vurur.
Daha əvvəl Danko Slovakiya Xarici İşlər Nazirliyini USQ-nin Rusiyanın Slovakiya və Macarıstana neft tədarük etdiyi “Drujba” neft kəmərinə hücumu ilə əlaqədar Ukrayna səfirini çağırmağa çağırıb.
E.ŞİRİNOV

