Avropada məzunların işlə təminatı və Azərbaycanda – 2025 müqayisəli faiz göstəriciləri

Avropada 20–34 yaş aralığında olan və son üç ildə ali məktəbi bitirənlərin ən yüksək məşğulluq səviyyəsinə sahib ölkə Malta (96,7%) olub. Onun ardınca İslandiya (95,8%) və Hollandiya (94,8%) gəlir.
Tezadlar.az  xəbər verir ki, bunu tanınmış təhsil eksperti Kamran Əsədov sosial media hesabında bildirib.
O vurğulayıb ki, güclü sənaye bazası və peşə yönümlü ali təhsili ilə seçilən Almaniyada bu göstərici 94,3%, Birləşmiş Krallıqda 88,4%, Finlandiyada 88,3%, Fransada 84,4%, İspaniyada 77,9%, Türkiyədə 64,2%, İtaliyada 62,8%, Yunanıstanda isə cəmi 59% təşkil edir.
 “Azərbaycan isə bu siyahıda 42%-lə son sıralardadır. Bu o deməkdir ki, bizdə universitet məzunlarının yarıdan çoxu təhsildən üç il keçsə belə, sabit iş tapa bilmir. Bu rəqəm əmək bazarının təhsil sisteminə uyğun gəlmədiyini, ixtisasların əmək bazarına inteqrasiyasının zəif olduğunu və gənclərin işə keçid mexanizmlərinin işləmədiyini göstərir. Təhsil yalnız diplom üçün yox, istiqamət, bacarıq və məşğulluq üçün olmalıdır.
Əks halda, universitet qapısı son deyil, işsizlik döngəsinin başlanğıcı olur”, – deyə diqqətə çatdırıb.
JASMİN
Xəbəri paylaş