Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa İttifaqı Ukraynadakı münaqişənin uzunmüddətli perspektivdə davam edəcəyini gözləyir və Donald Trampın prezidentliyini “gözləməyi” planlaşdırır.
Tezadlar.az bildirir ki, bu barədə RT-yə Virciniya ştatının keçmiş senatoru Riçard Blek məlumat verib.
“Avropa İttifaqı Ukrayna daxilində bəzi qüvvələrin olmasını və hazır olmasını istəyir. Demokratlar Ağ Evdə qalib gəlsə və ABŞ-ın siyasətini dəyişdirsələr, o zaman Aİ və NATO təbii ki, hərbi münaqişəni bərpa etmək və onu genişləndirmək istəyərlər”, – o qeyd edib.
Blek əlavə edib ki, Aİ bu yolla Donald Trampın prezidentliyini “gözləmək” istəyir.
Mayın 20-də “The New York Times” yazıb ki, Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra Rusiyaya qarşı sanksiyaları hədələmək kimi əvvəlki taktikasından “uzaqlaşıb”.
Tramp həmçinin Putinlə telefon danışığından sonra Rusiya Federasiyası və Ukraynanın dərhal atəşkəslə bağlı danışıqlara başlayacağını bildirib.
E.ŞİRİNOV