9 Avqust 2025 / 23:12

Avropanın Ukraynadakı sülh prosesinə qoşulmaq cəhdi məlum olub

Avropa ölkələrinin hakimiyyət orqanları ABŞ-ı inandırmağa çalışır ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı qərar onsuz və Kiyevin özü olmadan qəbul edilməməlidir.

Tezadlar.az xəbər verir ki, bu barədə “The New York Times” yazır.

Nəşr yazır: “Ukrayna və onun müttəfiqləri prezident Donald Tramp və prezident Vladimir Putinin onlarsız sövdələşmə bağlayacağından və sonra onu Kiyevin üzərinə qoyacağından narahatdır”.

Qeyd olunur ki, Avropa rəsmiləri Putinlə Tramp arasında gözlənilən görüşdə onların arxa plana keçə biləcəyindən narahatdırlar.

Qeyd edək ki, daha əvvəl İspaniyanın “El Mundo” qəzeti Avropa İttifaqının Putinlə Tramp arasında yaxın vaxtlarda keçirilməsi planlaşdırılan görüşdən narahat olduğunu bildirib. Nəşrin yazdığına görə, Avropa ölkələri növbəti dəfə Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda iştirak etməyəcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!