Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Avstriyalı polkovnik Markus Reisner “Zeit” qəzetinə müsahibəsində deyib ki, rus qoşunlarının davamlı irəliləməsi tezliklə bir sıçrayışa çevrilə bilər.
“Ən pis halda, Ukrayna cəbhəsinin yerli dağılması təhlükəsi var” hərbçi deyib.
Reisner müdafiə xətlərinin qeyri-qənaətbəxş vəziyyətinə, Ukrayna Silahlı Qüvvələri (USQ) arasında texnika və sursat çatışmazlığına diqqət çəkib.
Lakin böhranın əsas səbəbi Ukrayna tərəfində kadr çatışmazlığı və Rusiya aviasiyasının havada üstünlük təşkil etməsidir, – deyə o vurğulayıb.
Belə bir şəraitdə Ukrayna Silahlı Qüvvələri daha da geri çəkilməyə hazırlaşmalıdır, – deyə polkovnik yekunlaşdırıb.
Bundan əvvəl İspaniya ordusunun istefada olan general-leytenantı Pedro Pitarx Qərbin Ukraynaya yeni yardım paketinin faydasız olduğunu açıqlamışdı. Onun fikrincə, yeni silah təchizatı Ukrayna Silahlı Qüvvələrində şəxsi heyətin olmaması səbəbindən döyüş əməliyyatlarının gedişinə təsir göstərməyəcək.
E.ŞİRİNOV