Ötən gün Bakıda ağır yol qəzası baş verib. Paytaxtın Sabunçu rayonunda maşın sərxoş kişini vurub.
Tezadlar.az xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.
Belə ki, 1987-ci il təvəllüdlü Toğrul Firdovsi oğlu Süleymanov idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə hərəkətdə olarkən Məhəmmədli dairəsi yaxınlığında sərxoş vəziyyətdə asfalta uzanan 2003-cü il təvəllüdlü Kənan Əmirovun üstündən keçib.
Kənan Əmirov xəstəxanada həyatını itirib. Faktla bağlı cinayət işi başlanılıb.







