10 Aprel 2025 / 09:29

Avtomobil xəstəxana binasına çırpılıb, altı nəfər yaralanıb

Yaponiyanın Tiba prefekturasının Funabaşi şəhərində avtomobil xəstəxananın əsas girişinə çırpılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

Qəza zamanı xəstəxananın girişində insanlar olub; onları maşın vurub. Hadisə yerindən olan görüntülərə görə, avtomobilin tibb müəssisəsinə dəyməsi nəticəsində qapılar sınmış, şüşə qırıntıları hər yerə səpələnmişdir.

“Sürücünün özündən başqa beş nəfər yaralanıb”, – telekanal xəbər verir.

Avtomobili 80 yaşlı kişi idarə etdiyi məlum olub. Qəzanın səbəbləri araşdırılır. Bütün zərərçəkənlərə tibbi yardım göstərilir.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!