…Neçə vaxtdır bu sualı özümə verirəm, amma cavab tapa bilmirəm. Xahiş edirəm siz deyin: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi cərimə maşınıdır, reketdir, ya hökumət orqanıdır?!
Deməli, Bakının istər mərkəzi rayonlarında, iastər kənarında, harda maşın saxlasan, cərimə edirlər. İstəyirsən, qadağan olunmuş yerdə – piyada keçidinin üstündə , istəyirsən qadağan olunmamış yerdə – həyətdə saxla, fərqi yoxdur, AYNA-nın maşını gəzir və cərimə göndərir. Mən 23-05-2026 tarixdıə yenə cərimə etdilər, amma 8-ci km bazarının yaxınlığında, qadağan olunmamış yerdə, yoldan və piyada keçidindən xeyli aralı saxlamışdım.
Yeri gəlmişkən, bir jurnalist kimi bu özbaşınalığın mümkün səbəblərini də araşdırdım. Deməli, paytaxtın müxtəlif rayonlarında AYNA-nın pullu avtomobil dayanacağı var. Saata az qala 5 manat istəyirlər. BNA da kənarda saxlayan maşınları cərimə edir ki, hamı saatına 5 manat ödəyib maşınını onun pullu dayanacağında saxlasın. Yadınızdadırsa, bu metoddan bir vaxtlar Hacıbala Abutalıbov istifadə edirdi. Bakıda onun aparatlarına pul ödəməyən bütün şəxsi maşınları, harda saxlamağından asılı olmayaraq, evakuator götürüb gedirdi…
Və son olaraq. Yaxşı yadımdadır, 90-cı illərdə, 8-ci km-də bizim həyətdə böyük bir maşın dayanacağı (indi yerində bir neçə bina tikilib) vardı. Məlum kriminal avtoritet Söhbətə (İmperator!) məxsus olduğu deyilirdi. Təbii ki, özü gəlmirdi, amma sözünü deyirdi. Hamı maşınını bu dayanacaqda saxlamalı idi. Kim ki, həyətdə, küçədə saxlayırdı, gecələr ya təkərini deşirdilər, ya da maşınını cızırdılar. Camaat məcbur idi ki, gecəsi 1 rubldan maşınını Söhbətib dayanacağında saxlasın….
Deyəsən, tarix təkrar olunur, dostlar, AYNA reketçilik edir…
Qalib ARİF,
Araşdırmaçı jurnalist