…Sirr deyil ki, Bakıda süni tıxacların əsas mənbəyi həm də küçələri genişləndirilməyən paytaxtda parklamaların getdikcə çoxaldılmasıdır. Hazırda vəziyyət elədir ki, Çindən gətirilən ucuz və kreditə yatımlı avtomobillərin paytaxta doldurulması və istismarı ilə yarımadada yerləşən, dörddəüç hissəsi su ilə əhatəli(dənizə doğru) və vur- tut iki giriçi və iki çıxışı(şimal və cənub- qərb istiqamətindən) Bakı küçələrində faktiki olaraq avtomobil əlindən tərpənmək olmur.
Beləliklə, avtomobillərin çoxluğunu nəzərə alan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mütəxəssisləri var gücü ilə qazanc gətirən parklama məntəqələrinin sayını durmadan artırmaqdadır. İçindən sıxılan və yolları daxilən daraldılan Bakıda tıxaclar da qaçılmaz olur. Adi bir misal: bir litrlik plassmas su butulkasını ortasından sıxın, təbii ki, su daşıb yerə tökülməlidir. Bakı da bu gün həmin haldadır, məsələn, küçələri sutka ərzində 50 min avtomobilə meydan olası Bakı içindən- daxilən ən azı iki dəfə daraldılaraq BUS, velosiped və parklamalara bölüşdürülübsə, genişləndirilməmiş yollarda avtomobillərə hardan yer qalmalıdır ki?!
Apardığımız araşdırma və müşahidələr bizi şokasaldı. Dünən Neftçilər prospektinin Xalça Muzeyi ərazisində darısqal küçədə AYNA- nın 90200- cü parklama məntəqəsinə rast gəldik, fotosunu təqdim edirik. Halbuki ötən ilin mayın 21-də AYNA açıqlama yaymışdı kiş guya Bakıda parklanma məntəqələrinin sayı 3,5 dəfə azaldılıb. Sitat: “Müvafiq kəsişmələr çərçivəsində bir küçənin eyni məntəqə altında birləşdirilməsi təcrübəsi hazırda paytaxtın parklanma məntəqələrində geniş istifadə olunur. Görülən işlər çərçivəsində məntəqələrin sayı 2 400-dən 690-a endirilib. Bununla da sürücülər parklanma məntəqəsinin nömrəsini daha rahat tapa bilirlər”.
Bu da fakt: hələ qarşımıza təsadüfın çıxan məntəqə 90200-cü idi! Bilmirik, Bakıda nə qədər küçə var, amma bu rəqəm onu deyir ki, AYNA Bakıda bir qarış belə sərbəst ərazi qoymayıb.
İndi siz deyin: nəqliyyatın hərəkət intensivliyi olan küçələri parklamalarla daraltmaq tıxacların əsas səbəbi deyilmi???
A.Məmmədli







