12 İyun 2026 / 17:57

AYNA-nın əyriş-üyrüş xətləri və sürücü çaşqınlığı…

…AYNA-nın yollardakı əndrabadi xəttləmələri bütün ölkəni çaşbaş salıb. Əslində, bu əyri-üyrü xətlənmiş küçələr bütövlükdə Azərbaycanda bəzi sahələrin idarəçiliyinin aynası, onun siması və fəlsəfəsidir. ​Gömrük, Vergi, Əmlak, İcra, Qida, Ticarət, Tikinti, Təhsil, Səhiyyə… Hansı qapını döysən, hansısa bir iş görmək, bircə addım atmaq istəsən, yol tapa bilməyəcəksən. Hökmən “radara” düşəcəksən. İki addımdan sonra qarşına “STOP” işarəsi çıxacaq: hərəkət etsən də cərimədir, dayansan da… ​Bütün bu qurumların qanunları eynilə AYNA-nın yolları kimi əyri-üyrü, anlaşılmaz və tələlərlə doludur; əyri kolidorlar, keçilməz qapılar və sonunda radar… Bu ölkədə heç bir məmur heç vaxt , heç bir vətəndaşa “Mən qoçuyam, mənə pul verməlisən” demir. Hamısının qoltuğunda papka var, hamısı qanuna istinad edir. Amma o qanunlara ki, onları öz maraqlarına uyğun şəkildə yazıb, lobbiçi deputatların əliylə parlamentdən keçiriblər. ​Sən bu keçilməz qanunlar qarşısında tamamilə acizsən:
-​Hörümçək torunda böcək kimisən,
Bir acgöz məmurun ucuz yemisən.
Hələ bilmirsən ki, ​Qanun kitablarının künc-bucağında nə qədər “yatmış maddə”lər var , “yatmış əjdaha”lar kimi … Qanunverici baza dəyişmədən, təkminləşmədən islahat olmaz. C. Rumi deyirdi ki, “Qanunu tac edib başa da qoymaq olar, qandal edib ələ də vurmaq olar”.
Qanunu qandal və cərimə kimi anlayan bəzi məmurlar cəmiyyəti irəli apara bilməz.
Ramiz
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!