Yenə də Bakı sakinləri və qonaqlar, turistlər paytaxtın bir sıra yollarındakı tıxaclarla üz- üzədir. yaranıb. Tezadlar.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla həmin siyahını təqdim edir:
1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;
6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
7. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
8. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;
9. “20 Yanvar” dairəsində;
10. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
11. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Sürücülərə və sərnişinlərə sıbr və dözüm arzulayırıq. Bakı nə qədər ki, daxilə doğru göydələnləşdiriləcək və AYNA yollarımızı daraldıb parklaşdıracaq və velosipedləşdirəcək, vəziyyət belə də qalacaq!
A.Məmmədli