…Məlum olduğu kimi, iyunun 20-də Sabunçu rayonu ərazisində 214 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobus 1951-ci il təvəllüdlü Bağda Sovin qızını vuraraq öldürüb.
AYNA-nın açıqladığı məlumatda 75 yaşlı qadının ölümünə səbəb olan 214 saylı marşrut xəttinin “Ayşən LTD” MMC-nin müvəqqəti istismarında olduğu bildirilib.
“Yeni Avaz” xəbər verir ki, daha əvvəl də “Ayşən LTD” şirkətinə məxsus müntəzəm marşrut xətlərində işləyən avtobusların iştirakı ilə ağır qəzalar baş verib.
“Ayşən LTD” şirkəti 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 10 manat olan şirkətin rəhbəri Əliyeva İradə Zülfü qızıdır.
Əliyeva İradə Zülfü qızı böyük həcmdə təbii qaz istehlakçısı kimi də qeydiyyatdadır.
Bundan başqa, “Rosselxoznadzor”un 2021-ci ildə Rusiyaya pomidor ixracına icazə verdiyi 30 Azərbaycan vətəndaşından biri də İradə Əliyevadır.
Şamil Sabiroğlu,
Müharibə veteranı