Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 Avqust 2024 / 15:25

AZƏRBAYCAN NƏŞRLƏRİ XXI BEYNƏLXALQ “KİTAB SƏNƏTİ” MÜSABİQƏSİNDƏ QALİB OLUB

Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin təşkilatçılığı ilə XXI ənənəvi “Kitab sənəti” Beynəlxalq müsabiqəsi keçirilib.

Nazirlikdən Tezadlar.az-a verilən məlumata görə, 7-8 avqust tarixlərində Tacikistanın paytaxtı Düşənbə şəhərində təşkil edilən müsabiqədə ölkəmiz də müxtəlif nominasiyalar üzrə çap məhsulları ilə təmsil olunub.

Müsabiqəyə ümumilikdə 6 ölkədən bir sıra nominasiyalar üzrə 64 adda kitab təqdim edilib.

Açıq səsvermə yolu ilə hər nominasiya üzrə kitabların seçimi aparılıb. Nəşr məhsulları haqqında iştirakçı ölkələrin nümayəndələrinə ətraflı məlumat verilib.

Budəfəki müsabiqəyə Azərbaycandan 10 nominasiya üzrə 9 adda kitab təqdim olunub.

Ölkəmizin nəşrləri 4 nominasiya üzrə I, 2 nominasiya üzrə II, 3 nominasiya üzrə III yerlərə layiq görülüb.

Qeyd edək ki, “Kitab sənəti” müsabiqəsinin mükafatları sentyabr ayında keçiriləcək ənənəvi Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təqdim olunacaq.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!