Əsas məzmuna keç

AZƏRBAYCAN VƏ RUSİYA BİRGƏ LİZİNQ ŞİRKƏTİ YARADIR

Bakıda keçirilən Azərbaycan-Rusiya işgüzar görüşü çərçivəsində iki ölkənin birgə lizinq şirkəti yaratması ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

Tezadlar.az xəbər verir ki, müştərək şirkəti Azərbaycanın “Gəncə Avtomobil Zavodu” (GAZ) İstehsalat Birliyi və Rusiyanın “KamAZ” şirkəti yaradır.

Yeni lizinq şirkəti “KamAZ” markalı avtomobillərin və onların qoşqularının Azərbaycanda satışı ilə məşğul olacaq.

Sənədi GAZ-ın Müşahidə Şurasının sədri Xanlar Fətiyev və “KamAZ” ın baş direktoru Sergey Koqoqin imzalayıblar.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…