14 Noyabr 2022 / 09:05

AZƏRBAYCAN VƏ TÜRKİYƏ BAŞ PROKURORLARI İSTANBUL TERRORUNU MÜZAKİRƏ EDİB

Azərbaycan və Türkiyə Baş prokurorları İstanbulda törədilmiş terror aktı cinayətinin araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparıb.

Bu barədə “Təzadlar”a Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib. Belə ki, Baş prokuror Kamran Əliyev noyabrın 13-də İstanbul şəhərinin mərkəzində baş vermiş terror aktı ilə bağlı Türkiyənin Baş prokuroru Bekir Şahinə, ədliyyə naziri Bekir Bozdağa, Ali Məhkəmənin sədri Mehmet Akarcaya, və İstanbulun Baş prokuroru Şaban Yılmaza başsağlığı məktubları ünvanlayıb. Terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbərdən kədərləndirdiyini bildirən Baş prokuror dəhşətli hadisə ilə əlaqədar Türkiyəli həmkarlarına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb. Həmçinin, Kamran Əliyev Bekir Şahin və Şaban Yılmaza zəng edərək törədilmiş cinayətin araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!