6 Yanvar 2026 / 00:03

AZAL-IN BORT NƏZARƏTÇİSİ CİNAYƏTKARIN TƏYYARƏYƏ SOXULMASININ QARŞISINI BELƏ ALDI- ŞOK

Bu gün Praqa- Bakı avareysində şok yaşanıb. Fb istifadəçi və hüquq müdafiəçisi Mətanət Əzizova bununla bağlı şahidi olduqlarını belə ifadə edib: “Bu gün çox emosional gün oldu. Praqa aeroportunda Praqa- Bakı (AZAL) reysinin gözləmə zalından bir kişi yoxlamadan keçmədən, qanunsuz halda trapa daxil oldu və təyyarəyə tərəfə getdi. Hay -küy düşdü, cinayətkar heç kəsə tabe olmurdu. Onun məqsədi sərnişinlərdən qabaq təyarəyə girmək idi. Onu dayandırmaq üçün təxminən 30 dəqiqə ərzində aeroportun təhlükəsiz xidməti, çoxlu sayda polis, 10-a yaxın qara maskalılar bu hadisəyə cəlb olundu, sonra itlər, xususi qurğular və s. Əsl Hollivud filmlərdəki kimi. Nə isə, cinayətkar həbs olundu və əminəm ki, onu çoxmüddətli həbs gözləyir. Əsas mövzu isə bu deyil. Əsas bilirsiz nədir, kim birinci olaraq cinayətkarın qarşına çıxdı? Kim onu təyarəyə girməyə qoymadı? Məhz AZAL-ın bort nəzarətçisi. Baxmayaraq ki, ona qarşı ciddi fiziki güc tətbiq edilirdi, əməlli-başlı “бой без правил” idi, inanırsız polis gələnə qədər o cavan oğlan cinayətkara imkan vermədi təyarəyə girsin. Bunu niyə yazdım?AZAL rəhbərliyindın xaihş etmək istəyirəm, bu günkü reysdə işləyən hər kəs mükafatlandırılsın. Əsas da o qarabuğdayı qəhrəmanımız! Öncədən təşəkkürlər”.
Təqdim etdi: JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!