Əsas məzmuna keç

AZAL-ıN TəYYARəSI BU SəBəBDəN ENIş EDIB

Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən “Azərbaycan Hava Yolları”na məxsus “Airbus A319” təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş etməyi xahiş edib.

“Azərbaycan Hava Yolları” QSC-dən verilən məlumata görə, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.

Təyyarə Bakı vaxtı ilə saat 08:01-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib.

Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…