Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb. Tezadlar.az xəbər verir ki, bəyanatda bütün tərəflər dialoq və diplomatiyaya üstünlük verməyə çağırılır. Sitat: “Amerika Birləşmiş Ştatlarının İran İslam Respublikasındakı nüvə obyektlərini hədəfə alan hərbi əməliyyatlarından sonra vəziyyətin daha da gərginləşməsindən dərin narahatlığımızı ifadə edirik. Bütün tərəfləri təmkinli olmağa, vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə, mövcud problemlərin həlli üçün dialoq və diplomatiyaya üstünlük verməyə çağırırıq”.