Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 13 milyon ABŞ dolları dəyərində 13 min ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib. Tezadlar.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyət olaraq – 10 % azdır. Hesabat dövründə Azərbaycan Cənubi Afrikadan 5,6 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 1,3 % çox) 3 min 977 ton (-7 %), Türkiyədən 5,5 milyon ABŞ dolları dəyərində (-19 %) 7 min 285 ton (-19,4 %), Argentinadan 1,2 milyon ABŞ dolları dəyərində (+3,7 dəfə) 878 ton (+4 dəfə), İrandan 559 min ABŞ dolları dəyərində (+98 %) 746 ton (+97 %), Braziliyadan 123 min ABŞ dolları dəyərində (+5 %) 60 ton (+5,3 %) məhsul alıb.
2025-ci ildə Azərbaycana idxal edilmiş 20 min 939 ton limon və laymın 68 %-i Türkiyənin payına düşüb.







