7 Mart 2026 / 13:16

Azərbaycan Basketbol Liqasının 18-ci turu çərçivəsində bu gün növbəti iki qarşılaşma baş tutacaq

Bu gün Azərbaycan Basketbol Liqasının 18-ci turunda daha iki oyun keçiriləcək.

Tezadlar.az xəbər verir ki, günün ilk oyununda “Şəki” öz meydanında “Sabah”ı qəbul edəcək. Şəki Olimpiya İdman Kompleksində keçiriləcək qarşılaşma saat 14:00-da start götürəcək.

Günün son matçı isə “Abşeron Lions” və NTD komandaları arasında baş tutacaq. “Sərhədçi” İdman Mərkəzində keçiriləcək görüş saat 19:30-da başlayacaq.

Qeyd edək ki, tura martın 8-də yekun vurulacaq. Daha əvvəl keçirilən görüşlərdə “Sumqayıt” “Quba”nı (117:116), “Sərhədçi” “Ordu”nu (70:67), “Naxçıvan” isə “Lənkəran”ı (104:73) məğlub edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!