Əsas məzmuna keç

Azərbaycan bu ölkələrə nə qədər məhsul göndərib?

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 10 ölkəyə 14 milyon 677 min 952 ton neft ixrac olunub.

Bu barədə  Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi ilk 3 ölkə İtaliya, Çexiya və Rumıniyadır.

2026-ci ilin 8 ayında Azərbaycan İtaliyaya 5 milyard 226 milyon 65 min ABŞ dolları dəyərində 8 milyon 470 min 707,2 ton, Çexiyaya 712 milyon 773 min ABŞ dolları dəyərində 1 milyon 60 min ton və Rumıniyaya 581 milyon 707 min ABŞ dolları dəyərində 924 min 914 ton xam neft ixrac edib.

Aşağıdakı cədvəldə Azərbaycanın yanvar-avqust aylarında neft ixrac etdiyi TOP-10 ölkənin siyahısı göstərilib:

Ölkələr Miqdar (ton) 2025-cü ilin yanvar-sentyabr aylarına nisbətən Statistik dəyər (min ABŞ dolları) 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən
1 İtaliya 8 470 707,19 -7,9 % 5 226 065,04 + 8,84 %
2 Çexiya 1 060 041,1 -13 % 712 772,98 +9,1 %
3 Rumıniya 924 913,09 +19 % 581 706,77 +35,5 %
4 Hindistan 524 337,96 +300 dəfə 399 206,99 +510 dəfə
5 Tunis 429 376,15 +2,3 dəfə 266 294,27 +2,6 dəfə
6 Almaniya 449 549,89 -46,6 % 262 272.61 -46,6 %
7 Bolqarıstan 358 842.99 +4,5 dəfə 253 113,5 +5,2 dəfə
8 Portuqaliya 395 031,62 -44,7 % 221 958,01 -42,4 %
9 İsveçrə 272 501,37 +3 dəfə 193 596,32 +3,6 dəfə
10 Yunanıstan 284 374,74 +22,4 % 182 764,51 +41,7 %
11 Digərləri 1 508 275.51 x 982 142.55 x
Cəmi 14 677 951,6 -7,8 % 9 281 893,55 +10,5 %
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…