28 Aprel 2026 / 11:54

Azərbaycan Çexiyadan daha çox dərman vasitələri alır, ixracın əsas hissəsini isə…

Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiyanın Baş naziri Andrey Babişin iştirakı ilə keçirilən biznes-forumda iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi məsələləri müzakirə edildi.
Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, ölkələr arasında iqtisadi əməkdaşlığı daha da inkişaf etdirərək şaxələndirmək üçün böyük potensial var. Əsas prioritet qeyri neft-qaz sektoru üzrə dərinləşmiş əməkdaşlığa nail olmaqdır.
Bunu iqtisadçı – deputat Vüqar Bayramov bildirib.
Bəs, Azərbaycan Çexiyadan hansı məhsulları alır? – sualını isə o belə cavablandırıb:
“2025-ci ildə Azərbaycan Çexiya ilə 841 məhsul kodu üzrə idxal və ixrac əməliyyatları həyata keçirib. Ötən il Azərbaycan və Çexiya arasındakı ticarət dövriyyəsi 814 milyon dollar olub ki, onunda 745 milyon dollar ixrac, 69 milyon dolları isə idxal olub.
Çexiyadan dərman vasitələri (1.219 milyon dollar), şəkərdən hazırlanan digər qənnadı məmulatları (734 min dollar), natrium sianidlər (691 min dollar), minik avtomobilləri üçün rezin şinlər (662 min dollar), plastik borular və şlanqlar (555 min dollar), metal konstruksiyalar (630 min dollar), immunoloji məhsullar (440 min dollar), plastik kütlədən hazırlanmış santexnika məmulatları (297 min dollar), maqnezium sulfat (208 min dollar) və digər məhsullar idxal olunub.
Çexiya ixracatımızın əhəmiyyətli hissəsi faizi xam neft və neft məhsullarıdır. Ötən il Azərbaycan Çexiyaya 742.2 milyon dollarlıq xam neft və neft məhsulları göndərib. Bu baxımda, Çexiyanın Baş nazirinin Azərbaycana səfəri iki ölkə arasında neftdən kənar sektorlar üzrə əməkdaşlığı gücləndirə bilər”.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!