Əsas məzmuna keç

Azərbaycan cüdoçuları Paris dünya çempionatına yola düşür

8–9 noyabrda Fransanın paytaxtı Parisdə kata üzrə keçiriləcək dünya çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb.

Tezadlar.az xəbər verir ki, yığma yarışda 4 cüdoçu ilə təmsil olunacaq.

İdmançılarımız “nage-no-kata” və “katame-no-kata” üzrə çıxış edəcəklər.

Nage-no-kata

İsmayıl Rzayev – tori (hücum edən idmançı)

Samir İsmayılov – uke (hücum edilən idmançı)

Katame-no-kata

Rafiq Nəcəfov – tori

Əmrah Əhmədov – uke

Qeyd edək ki, turnirdə 37 ölkədən 466 cüdoçu qüvvəsini sınayacaq.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…