Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 May 2026 / 11:25

Azərbaycan Dəmiryolunda problem təkcə qiymətdə deyil, həm də…-OSMAN GÜNDÜZ YAZIR

ADY-də problem artıq təkcə qiymət siyasəti deyil… Dünən Tbilisiyə minimum qiymət 81 manat elan olunur, bu gün satış açılır və real qiymətin əslində 93 -125 manat arasında olduğu ortaya çıxır.
Ardınca isə sayt faktiki çökür, virtual növbə tətbiq edilir, hətta hazırda xaricdən girişlərin də məhdudlaşdırıldığı görünür. Halbuki əvvəlcədən məlum idi ki, Bakı-Tbilisi reyslərinə çox böyük maraq olacaq. Bu gözlənilməz hadisə deyildi. Üstəlik, 2024-cü ildə Asiya İnkişaf Bankı tərəfindən ADY-nin rəqəmsal transformasiyası üçün 47 milyon dollarlıq kredit də təsdiqlənmişdi.
Belə olan halda cəmiyyətin gözləntisi odur ki, ən azı bilet satış platforması pik yüklənməyə hazır olmalı idi.
Əlbəttə, virtual növbə sistemi normal praktikadır. Dünyanın ən böyük platformaları da bunu edir. Amma ADY-də baş verənlər göstəri ki, baş verənlər artıq təkcə texniki məsələ yox, öncədən hazırlıq, planlama, risk idarəçiliyi və böhran kommunikasiyası problemidir. Rəqəmsal transformasiya sadəcə yeni sayt açmaq, mobil tətbiq yaratmaq deyil.
Əsas məsələ həm də minlərlə insan eyni anda daxil olanda sistemin işləməsidir…
Osman Gündüz,
ekspert, QHT rəhbəri

n

n

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!