“Təzadlar”
- 1984–1987-ci illərdə Xarici Dillər İnstitutunun “Ümumi və Azərbaycan dilçiliyi” kafedrasının müdiri.
- 1988–1990-cı illərdə Azərbaycan Mədəniyyət Fondunun (Hazırda Azərbaycan Yaradıcılıq Fondu) sədrinin birinci müavini, 1990-cı ildən Fondun İdarə Heyətinin sədri.
- 1990-cı ildə M. F. Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunun “Ümumi və rus dilçiliyi” kafedrasının müdiri seçilib.
- 1993-cü ildən 2000-ci ilədək yenidən Xarici Dillər İnstitutunun “Ümumi və Azərbaycan dilçiliyi” kafedrasının müdiri.
- 1994–1995-ci illərdə Bursa (Türkiyə Respublikası) Uludağ Universitetinin “Türk dili və ədəbiyyatı” bölümünün professoru olaraq fəaliyyət göstərib.
- 2000-ci ilin may ayında M. F. Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunun rektoru təyin edilib.
- 2000-ci ilin iyun ayında ölkə Prezidenti Heydər Əliyevin sərəncamı ilə yeni təşkil olunmuş Bakı Slavyan Universitetinin rektoru təyin edilib. 2014-cü ilin fevral ayına qədər rektor kimi fəaliyyət göstərib.
- 2011–2014-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının humanitar və ictimai elmlər bölməsinin akademik-katibi vəzifəsində çalışıb.
- 2014-cü ilin fevral ayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib.
- 2015-ci ildə “ADA” Universitetində “Azərbaycançılıq” fənnini tədris etmişdir.
- Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 19 noyabr 2014-cü il tarixli Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü təyin edilmişdir.
-28 noyabr 2014-cü il tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının ilk iclasında bu qurumun Himayəçilik Şurasının sədri seçilib. - 2017-ci ildən Azərbaycan Dillər Universitetinin rektorudur.
Beynəlxalq təşkilatlarla əməkdaşlıq:
ABŞ (Kolumbiya Universiteti, Harriman İnstitutu), Fransa (İnalko və Strasburq Universitetləri), Almaniya (Mayns Universiteti), Rusiya (Moskva Dövlət Linqvistik Universiteti, Pedaqoji Universitet, Dilçilik İnstitutu), Türkiyə (Uludağ Universiteti), Polşa (Varşava Universiteti), Gürcüstan (Tiflis Dövlət Universiteti), İtaliya (Salesian Vatikan Universiteti) universitetlərində mühazirələrlə çıxış etmiş, bir çox beynəlxalq simpozium, konfrans və kollokviumların (Gürcüstan, Rusiya, Fransa, Almaniya, İngiltərə, İsveç, Yunanıstan, İtaliya və b. ölkələrdə) təşkilatçısı və iştirakçısı olub.
REDAKSİYADAN: Bu qədər vəzifə tutan rektorun universitetin vəziyyəti ilə məşğul olmağa vaxtı hardan olsun?! Biz hələ hörmətli rektorun bədii yaradıcılığını demirik… Adam yüz yerə parçalana bilməz axı!
Nə isə…






