Azərbaycan əhalisi iqtisadi cəhətdən fəallaşıb

2025-ci il dekabrın 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhalinin sayı 5 383,2 min nəfər olub. Onlardan 5 104,5 min nəfərini məşğul əhali təşkil edib ki, bu da bir il öncəki göstəriciləri müvafiq olaraq 1,4 və 1,5 faiz üstələyir.

Tezadlar.az   Dövlət Statistika Komitəsinin hesabatına əsasən  xəbər verir ki,  ötən ilin noyabr ayının 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1782,4 min nəfər (+0,5%), o cümlədən iqtisadiyyatın dövlət sektorunda 865,7 min nəfər (-1,8%), qeyri-dövlət sektorunda isə 916,7 min nəfər (+2,8%) təşkil edib.

İqtisadiyyatın neft-qaz sektorunda 31 min nəfər (-1,9%), qeyri-neft-qaz sektorunda isə 1751,4 min nəfər (+0,5%) çalışıb.

Xəbəri paylaş