24 İyul 2025 / 17:42

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası “Qarabağ”ı təbrik edib

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası “Qarabağ” futbol komandasını tədbrik edib. Tezadlar.az- a göndərilən təbrikdə deyilir:
“Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün II təsnifat mərhələsində ilk oyununa çıxıb. Təmsilçimiz İrlandiyanın “Şelburn” kollektivinin qonağı olub. Dublində yerləşən “Tolka Arena”da keçirilən görüşdə “Qarabağ” 3:0 hesablı qələbə qazanıb. Leandro Andrade, Akeksey Kaşuk və Nəriman Axundzadənin vurduğu qollar sayəsində Ağdam klubu rəqibini 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Təmsillçimizə uğurlar arzulayırıq!
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası”.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!