Azərbaycan gəncliyinin (cavan oğlanların) əksəriyyəti belə bir tərz formalaşdırıblar. Neçə vaxtdı müşahidə edirəm və bu növ haqqında bir balaca araşdırma aparmışam.
1. Bu növdən olanlar hamısı eyni cür düşünür.(istər qadın barədə, istər həyat, iş güc və.s) Eyni cür geyinirlər, bu şəkildəki kimi.
2. Eyni saç düzümü və üzdə mütləq saqqal olur (yanaqları və bığlarının üstü qırxılı, boynunun altı xirtdəkdən yuxarıya qədər düz xətt üzrə qırxılı, alt dodaqlarının sağ və sol künclərinin altı qırxılı)
3. Eyni musiqiyə qulaq asırlar( meyxana və meyxana-mərsiyə fason və ondan sonra yaranan iran, fars tərz bayağı, cındır janr)
4. Ümumiyyətlə kitab oxumurlar, əcnəbi dil bilmirlər, bütün sutkanı instagramda, tik-tokda keçirdirlər. İzlədikləri videolar və səhifələr isə vaynerlər və valik qızların yüzminlik səhifələri olur.
5. Mütləq uzun, qara, içində 5-10 azn və faydasız endirim kartları ilə dolu bir pulqabıları olur və onu əsasən arxa çibə qoyurlar və çayxanada oturanda masanın üstünə qoyurlar.
6. Çox vaxtı ciblərində başı şarikli, 2-3 qram tutumu olan, yağ-ətir gəzdirirlər.
7. Nadir hallarda tək gəzərlər. Əksər hallarda topa topa( ən azı 3 nəfər) gəzirlər və hamısı eyni tərz geyinirlər.
8. Bu növdən olanların hamısı eyni çür yeriyirlər( qollar bir az aralı yellənə yellənə və ya əllər cibdə ciyinləri bükük və paçaları aralı)
9. Bir birilərinə müraciət edərkən çox vaxt “Yetim, yetim” deyirlər
10. Bu növün piyada olmayanları əksər hallarda Niva, Priora sürürlər və bütün günü maşınlarına usta yanında siqnal, kalonka, maqintafon, rəngli işıqlar və.s yığdırırlar.
11. Bir çoxunun çibində bir topa açar olur. Nəzərə alsaq ki, bunlar işləmirlər, mal mülk, obyekt, ofis sahibi deyillər amma o topa açarlar haranın açarları olur bilinmir.
12. Hər gün enerji içkisi içirlər, əksəriyyətinin əlində yol gedərkən, hardasa dayanarkən bu içkinin qabını görmək olar.






