Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, Azərbaycan milli komandası “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində növbəti oyununa çıxır. “Qarabağ” FK-nın rəsmi sosial media hesablarında paylaşdığı məlumata görə, millimiz bu gün Karib dənizi təmsilçisi olan Sent-Lüsiya yığması ilə qarşılaşacaq.
Oyun Sumqayıtda keçiriləcək
Paytaxt və ətraf rayonlardakı futbolsevərlər bu maraqlı qarşılaşmanı canlı izləmək imkanı qazanacaqlar. Görüşün keçiriləcəyi məkan və vaxt artıq bəllidir:
Tarix: Bu gün (27 mart 2026)
Saat: 19:00
Məkan: Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
“Uğurlar, Milli!”
Ölkə çempionu “Qarabağ” klubu da millimizə dəstək nümayiş etdirərək “Uğurlar, Milli!” şüarı ilə azarkeşləri komandanı dəstəkləməyə səsləyib. Turnir çərçivəsində keçirilən bu oyunlar yığma komandamızın reytinqi və təcrübə toplaması baxımından böyük əhəmiyyət kəsb edir.
Bütün futbolsevərləri Sumqayıtda millimizi tək qoymamağa və bu həyəcanı stadionda yaşamağa dəvət edirik.
Səbinə Bağırova