23 Aprel 2026 / 00:09

“Azərbaycan Misir Dostluğu Nəsillərdən Nəsillərə” adlı sərgi keçirildi

Layihə rəhbəri Aygün Əzizovanın olduğu “Azərbaycan Misir Dostluğu Nəsillərdən Nəsillərə” adlı sərgi Beynəlxalq Qalereya və Misir Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Misir Mədəniyyət Mərkəzində təşkil olundu.

Tezadlar.az  xəbər verir ki,  sərgidə müxtəlif bölgələrdən olan 120 rəssam iştirak edirdi. Əsərlər Azərbaycan və Misir mədəniyyətinə və təbiətinə həsr olunmuşdu.
Sərgini giriş sözü ilə açan Misir Mədəniyyət Mərkəzinin rəhbəri Tarek Aboul Fotouh sərgi iştirakçılarını salamlayıb Beynəlxalq Qalereya ilə əməkdaşlığı yüksək dəyərləndirdiyini və qarşıda yeni layihələrlə davam etdirəcəklərini bildirdi.
O, sözü Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərovaya verdi.
Elnurə xanım çıxışında Misir Mədəniyyət Mərkəzi ilə əməkdaşlığın uğurla davam etdiriləcəyini, Beynəlxalq Qalereya olaraq məqsədləri dövlətlər arasında mədəni əlaqələrinin inkişafına töhvə olduğunu bildirdi.
Sərgidə RM ART Studionun rəhbəri, ADPK -nin müəllimi Rəsmiyyə Mahmudova, İnci AKademinin rəhbəri İnci Məstəliyeva , “Uğur Art Life” kursunun rəhbərləri Jalə Məhyəddinova və Ruqiyyə Hüseynli, Şəhanə ART Studionun rəhbəri Şəhanə Paşayeva, “ABC School” Təhsil Mərkəzinin müəllimi Arzu Məmişova, AlMart Studionun rəhbərləri Mariya Əliyeva, Almaz Məmmədzadə, Qönçə ART Studionun rəhbəri Qönçə Həzizadə, MM Tədris Mərkəzinin rəhbəri Məhsəti Mehnətova və müəllimi Könül Məmmədova, Elmira Art Studionun rəhbəri Elmira Həsənova tələbələri ilə, Respublika İncəsənət Gimnaziyasının müəllimi Minə Məmmədova, ADRA-nın müəllimləri Vəfa Tağızadə, Zinaida Mirzəzadə, rəssamlar Vüqar Şıxəliyev, Məleykə Eyvazova, Orxan Eyvazov, Aydan Məmmədova, Cavidan İsayev , Elvira Elvee, Nərminə Uluxanova, Leyla Orucova iştirak edirdilər.

Açılışdan sonra sərgiyə baxış keçirildi, Sonda iştirakçılar çay və şirniyyat süfrəsində qonaq oldular. Sonda Misir Mədəniyyət Mərkəzi tərəfindən rəssamlara sərgidə iştirak sertifikatı təqdim olundu. Xatirə şəkilləri çəkildi.

 

AYGÜN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!