24 İyul 2025 / 10:55

AZƏRBAYCAN MUĞAMLARI TƏBİƏTİN TÖHVƏSİ, CƏMİYYƏTİN YETİRMƏLƏRİDİR…

ТƏBİƏTİN ÖZÜNÜN DOĞDUĞU VƏ NİYƏ YARANDIQLARINI GİL YAZILARDAN ANLAYA BİLDİYİMİZ MUĞAMLAR BARƏDƏ:
1. SİMAYİ ŞƏMS
Yuxarıda dedik ki, Səmayi Şəms Günəş səmasında baş verən partlayışların, maqnit qasırğalarının Yerdə muğamın səsilə ifadəsidir.
Ulularımızın böyük inam bəslədikləri, tapındıqları dörd əsas allahları var idi. Onlardan birini və ya birincisini onlar indi də etiqadımızda qalan vahid allahı Rəbb adlandırırdılar.
Şəməşə-Şəmsə-Günəşə ikinci allah kimi inamı isə əcdadlar hər şeydən üstün tuturdular. Ona görə də Şəms allahlarına Simayi Şəms (Günəşin siması) adlı Muğam-Simfoniya şunnayırdılar. “Şun şunnamaq” gil yazı sözləridir, ithiaf etmək deməkdir.
Bida Həmmədanidə oxuyuruq:
“Ulu bir şun şunna, kiri, şu qalanı, şu ibi cida” –
Ulu bir itihaf et, sonra kiri, bu qalanı – ağrılı ayrılıqdır –
Şairənin Quqqu quşuna müraciətindən.
***
Fəza tədqiqatçıları qalaktikaların yerdəyişmədən bizdən getdikcə uzaqlaşdıqlarından xəbər verir bu gün. Buna səbəb, kainatın üfürüldükcə iriləşən şar kimi genişlənməsidir. 7 min il öncə oxunan Muğam 19-20-ci əsrlərdə Cabbar Qaryağdının oxuduğu muğamdan yerdəki “astronomik vahidlə” ölçüləcək dərəcədə uzaqlaşır. Lakin kainat təki məsafəcə genişlənsə də, Muğam da qalaktikalar kimi dəyişmir. Cabbar əminin oxudugu simayi şəms altı min il bundan əqdəm Cıqqur At`da oxunan səmayi şəmsdən bəlkə də heç nəyi ilə fərqlənmir! Muğamın adı da, analizlər də göstərir ki, Simayi Şəms Şəmsin, yəni Günəşin səthində baş verən azman partlayışlara həsr edilib. Əgər bu belədirsə, yəni əgər o öz işığını termonüvə reaksiyasında daim yanаn şəməşdən alıbsa, o niyə dəyişməlidir ki?
Günəşin daxili zonasında baş verən 3Н (Hidrogenin üçlü izotopu – Tritium ptotonları) + 3Не (Heliumun üçlü izotopunun nüvəsi ilə) qovuşaraq → 4Нe + 2р (2 proton) və 4Нe (Heliumun dördlü izotop) nüvəsini sintez edir və onu termonüvə istilik enerjisinə çevirir. Bu proses daimidir. Ondan yaranmış muğamın da hələlik 7 min il! yaşı var. O tikilmiş Cıqqır At`dan min il qabaq da mövcud idi… Və bəlkə elə o da daimidir?
Gil yazılı poeziya ustası ŞƏMSİ ƏDƏD ABİ adlı şairimizin dediyi kimi, əcdadlarımız, yəni, ulu türklər, özlərini “ATƏŞPUR” (Günəşə, Qüdsal Oda inanan) adlandırırdılar:
“Şanu-tamaşum vardı, əridi, kaş atəşpuram!” deyirdilər, özlərinə.
Yəni, Od yandıran olduğum üçün şan-şöhrətimi düşmən əritsə də, üçüncü allhaları olmuş Ahuraya inamı itirmirdilər, əksinə, onu farsa da verirdilər:
“Vardıkca ışa (şüa, ziya) Ahura dininin uludur ömrü!” –
yəni, Od varsa Ahura dini də əbədidir !..
Biz həmişə desək də ki, biz Oda inananların nəsliyik, lakin onu təsdiqləmək üçün Azərbaycan tarixində heç bir yazılı mənbəyə əsaslana bilmirdik. Orada-burada islamdan qurtara bildiyimiz Atəşpərəstlik məbədlərinə, Yanar Dağa qızınırdıq. Dünyanın heç bir yazılı mənbəyi Ahuranın türkə məxsusluğunu təsdiqləmir. Onun farsa xas olduğu barədəki mənbəələr isə saysız-hesabsızdır. Arilik və Hind-Avropa təəssübü çəkən avropalı alimlər bu yolda canfəşanlıq edirlər. Zənnimcə gil yazılı bu mətn ilkin və həm də ən etibarlı yazılı mənbəədir.
İlk dəfədir tarixdən gələn səs bizim Atəşpur-Atəşpərəst olduğumuzu təsdiqləyir və Ahuranın türkün olduğuna və onun dininə söykəndiyinə yazılı şahidlik edir.
Bu, atəşpərəstliyimizin ilkin yazılı qəbaləsidir!
İldırım, şimşək, zəlzələ və vulkan allahı saydıqları MƏRDUK Rəbb, Şəms və Ahuradan sonra ulularımızın dördüncü allahı idi.
O göylərdə şimşək çaxıb, yerə həyat üçün vacib olan nur yağışı göndərirdi. Bütün Türk etiqadı idi bu inam, Şəmsi adlı şairimizin mixi yazılarında öz əbədilik əksini tapırdı. Mərduk allahlarının şərəfinə isə Mahur (yəni göylərdə çaxan şimşəyə işarədən Mah Ur – İşıq ver, İşıq Saç, məcazi mənada, Şimşək çax!) adlı Muğam-Simfoniya yaradırdılar. Şimşək çaxmalara həsr edilmiş Mahur – İşıq saç muğamı barədə ayrıca danışacağıq.
İndisə, bir vacib detala diqqət yetirək: Azərbaycan muğam ifaçılarının mütləq atributu sayılan Azərbaycan dəfi Günəş allahımızın yerdəki mikromodelidir – əsil Günəş simasıdır – simayi şəmsdir. Dəf öz görünüşü ilə günəşin diskindən nəyi ilə fərqlənir ki? Onların müqayisəsi birinci 3 çəkildə.
Yazdıqları kimi, o, nə orta əsrlərdə, nə də elə-belə, yoxdan yaranmayıb. O, Günəşin kiçik simasıdır – metafizikdir və günəşdən enən muğam oxunduqca o (Dəf), yerdə onu Günəş kimi də müşaiyət edib, edir. Niyə o, muğam oxunan zaman çox vaxt qaldırılıb gah sağ, gah sol üzə tutulur? Muğam göy qübbəsindən endikcə onu daima öz ışına – şəfəqinə boyayib mixi yazılarda Şəməş adlandırılan Şəms. İndi yerə enmiş muğamı burda da tək buraxmır babalarımızın u müqəddəs inamı, qüdsal maddi varlığı…
Mahir muğamat bilicisi Əlibaba Məmmədovun:
“Muğamat bizlərə göylərdən endirilib, o bizə Allah vergisidir …” təbirini bir də xatırladaq. Bu sözlərlə o, öz təhtəlşüuru, həmişəyaşar uzaq yaddaşı ilə elə daha qədim allahımız Şəmsə – Günəşə işarə edir. Göylərdən enmiş Səmayi Şəms, Mahur Yerdə də elə göy qübbəsindən enən sehr kimi dinləyiciləri ovsunlayırlar.
Ağız da – elə göy qübbəsi formasında deyil, bəs nədir?:
Digər sakit axarlı muğamlardan fərqli olaraq, Simayi Şəms, öz təbiəti ilə çılğındır, ritmikdir, qaynardır, partlayışlarla tüğyan qoparır. Ona görə ki, o, Günəş simasındakı – səmasındakı azman partlayışları təkrar edir, əbədi plazmatik qaynamanın təsviridir.
İndi zəhmət olsa da, gəlin, günəş səthində baş verən azman partlayışlar fonunda Cabbar Qaryağdığolunun böyük sənətkarlıqla ifa etdiyi Yer üzünün qabığı qədər qoca olan Simayi şəmsi dinləyək… (Linkə tıkla). Günəş səthindəki fırtınalar, tufanlar, tüğyanlar, od yağmurları, partlayışlar – necə istəyirsiniz elə də adlandırın – musqinin oynaq, fəqət kosmik fəzalardan yol alıb gəldiyindən daha çox sehrli, möcüzəli, bir az da xof dolu ritmlərində və Cabbar əminin sönməyən zəngulələrində əks-səda verir.
Baxın, dinləyin və möcüzələri müqayisə edin…
Əgər gil yazı mətnlərində antik astronomumuz Enlil İsmənin türkcə miras qoyduğu möcüzəni andıran astronomik açılışlarına rast gəlməsəydik, biz hansı haqla ərəbdən aldığımızı iddia edənlərin qarşısında cürət tapıb muğamın kökləri ardınca Günəş sistemini seyrə çıxa, Kainatdan danışa bilərdik? Muğam adlı mələyin qanadlarında Günəşə doğru uça bilib. onun “səthinə enə bilərdik?”
Enlil İsmənin 5-6 min il bundan öncəki kəşfləri bizə qol-qanad verməyə bilmir. Yerin kürə şəklində olduğunu bəşərə ilkin diqtə edənin eramızın əvvəllərində yaşamış yunan filosofu Aristotel olduğunu iddia edir Avropa elmi. Amma Işum (Şüam) adlı kometanın traektoriyasını izləyən ENLİL İSMƏ yazırdı:
“Isмe, şumu gürədü Yerə?
Əvət, Işum iç bucu[k] kıyında Ulu şamnın elişü itib.
U ki, aləm içtə bi[r] кürədü Yer а!”
(İsmə, bumu Yerə enerji göndərir (kometaya işarədir),
Əvət, məhz özünün daxili kənar periferiyası ilə Ulu şamın şəfəqlərində itən Işumdur
(Ышумдур – ы ilə oxunmalıdır).
Axı bütün aləm (kainat) içrə bir kürədi (dairədi, qlobusdur) Yer ha!).
Göründüyü kimi, Işum kometasının Yer səyyarəsindən rədd olub getməsi və Günəşə yaxınlaşmasını Enlil İsmə sezə bilir və onu necə izləyə bildiyini özündən soruşur və o bunu, Yerin kürə olduğu faktı ilə izah edir.
O Yerin kürə – qlobus şəklində olduğunu Aristoteldən (1500 il bundan qabaq yaşayıb) hələ 3,5-4 min il öncədən dünyaya elan edirdi.
______________________________
İlk şəkildə – Günəşin tam diski iki növ görünüşdə və Azərbaycan dəfi
Sonuncu şəkildə – Səmayi şəms muğamındakı partlayışlar
Günəş səthindəki partlayışların əksidir
CABBAR ƏMİNİN SƏMAYİ ŞƏMSİ
___________________________________________
ƏDƏBİYYAT:
1. Tariyel Azərtürk, Muğam “Şumer” adlandırılan Azərbaycan türkünün milli-mənəvi sərvətidir”, Seattle, USA, “Tariyel V. Əli” İnc., 2001, 62 s.
2. Tariyel Azərtürk, Hanki məkandan, hanki zamandan başlanır muğam?- Где, когда и как родился мугам?, Sankt-Peterburq, Superİzdatelstvo, 2017, 165 s, azərbaycanca, rusca.
3. Tariyel Azərtürk, Hanki məkandan, hanki zamandan başlanır muğam? Где, когда и как родился мугам?, Bakı, AFpoliqrAF, 2024, 260 səh., azərbaycanca, rusca.
4. Тариел Азертюрк, Генезис тюрка и тюркского языка. На основе клинописи, Бишкек, Уулу Тоолор, в 2-х томах, 1400 стр, на русском языке.
5. Тариел Азертюрк, Генезис тюрка и тюркского языка. На основе клинописи, Нью-Йорк Либерти, Санкт-Петербург, СуперИздательство, в 2-х томах, 1400 стр, на русском языке.
Тариел Азертурк, Генезис тюрка и тюркского языка. На основе клинописи,
6. Тариел Азертюрк, Генезис тюрка и тюркского языка. На основе клинописи, Баку, AFpoligrAF, 2019, в 2-х томах, 1400 стр. на русском языке,
7. Tariyel Azerturk, Genesis of the Sumerian and Etruscan Turks and Their Language. Based on Cuneiform and Etruscan Script, Bloomington, IN, USA, 2024, 902 p., in English.
Tariyel AZƏRTÜRK,
Professor
(ABŞ)
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!