Əsas məzmuna keç

Azərbaycan neftinin qiyməti yüksəldi

Dünya bazarda bir barel Azərbaycan Azeri Light xam neftinin qiyməti 3,02 dollar və ya 2,96% artaraq 104,98 dollara çatıb.

Bu, son ticarət sessiyasının rəsmi məlumatlarına əsasən belədir.

Bu arada, Brent markalı xam neftin noyabr fyuçersləri 101,69 dollardan bağlanıb.

Türkiyənin Ceyhan limanında FOB (Free on Board) çatdırılması ilə Azərbaycan xam neftinin qiyməti də müsbət dinamika göstərərək 2,98 dollar və ya 3% artaraq bir barel üçün 102,19 dollara çatıb.

Qeyd etmək lazımdır ki, Azeri Light xam nefti SOCAR-ın 35,3% paya malik olduğu “Azəri-Çıraq-Günəşli” neft yataqları blokunda hasil olunur.

Azərbaycan dövlət büdcəsində baza qiyməti 65 dollar olaraq müəyyən edilib, tarixi maksimum həddi isə 2008-ci ilin iyul ayında 149,66 dollar, minimum həddi isə 21 aprel 2020-ci ildə 15,81 dollar olub.

 

JASMİN

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…